BAYRAQDAR MEDİA – 10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komanda Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında çıxışını başa vurub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından daxil olub.
Xəbərdə qeyd edilir ki, “yarışın 163 km-lik 2-ci mərhələsi qrup finişi ilə yadda qalıb – fotofinişə əsasən yığma komanda üzvlərindən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə isə 18-ci olub. 1-ci mərhələdə finiş xəttini 4-cü keçən Musa 2 yarış gününün yekununa əsasən ümumi təsnifatda 4-cü nəticə göstərib və bununla da ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb”.






İlk şərhi yaza bilərsiniz