BAYRAQDAR MEDİA – Prezidentin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində aprelin 29-da İsmayıllı şəhərində idman zonası istifadəyə verilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər. Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. F.Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib”.






İlk şərhi yaza bilərsiniz