Press "Enter" to skip to content

MEK-dən növbəti beynəlxalq addım

Hiperkitap

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq elmi informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Kitabxana Türkiyənin aparıcı rəqəmsal platformalarından biri olan Hiperkitap rəqəmsal verilənlər bazasına 600 adda elektron nəşr göndərib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu təşəbbüs Azərbaycan tarixi, elmi və mədəni irsinin beynəlxalq rəqəmsal mühitdə daha geniş təmsil olunmasına imkan yaradır. Belə ki, Hiperkitap bazası dünyanın 10-dan çox ölkəsində 200-dən artıq universitet üçün açıqdır. Bu isə Azərbaycan tarixi, dövlətçiliyi və mədəniyyəti haqqında nəşr olunan kitabları həmin universitetlər üçün əlçatan edir”.

Ardınca xəbərdə, “qeyd edək ki, 2026-cı ildən etibarən MEK-də istifadəçilər üçün Hiperkitap verilənlər bazasına abunəlik əsasında çıxış imkanı yaradılıb. Platforma veb və mobil interfeyslər vasitəsilə elektron resurslara fasiləsiz giriş təmin edir. Hazırda kitabxana oxucuları Hiperkitap bazasından MEK-in oxu zallarındakı kompüterlər vasitəsilə birbaşa istifadə edə bilirlər ki, bu da tədqiqatçılar və tələbələr üçün rəqəmsal mənbələrə çıxışı daha əlçatan edir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.