BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyində (KTN) “Estoniyada rəqəmsal transformasiya, təsərrüfatların dayanıqlılığı, siyasətin monitorinqi və qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbir Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan üçün hərtərəfli təsərrüfatların dayanıqlılığının ölçülməsi sisteminin işlənib hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi çərçivəsində baş tutub. Təlimin əsas məqsədi Estoniyanın kənd təsərrüfatı siyasəti əsasında formalaşmış rəqəmsallaşma təcrübəsinin təqdim edilməsi, süni intellektin tətbiqi, təsərrüfatların dayanıqlılığının ölçülməsi, eləcə də aqrar siyasətin monitorinqi və qiymətləndirilməsi istiqamətlərində beynəlxalq təcrübə mübadiləsinin təşkili olub”.
Tədbir zamanı layihə çərçivəsində görülən işlər və qarşıda duran hədəflər barədə təqdimat edilib.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz