Press "Enter" to skip to content

Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik

Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin (MN) Baş idarə və idarələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol üzrə birinciliyə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə birinciliyin püşkatma mərasimi keçirilib. Mərasimdə iştirakçı komandaların nümayəndə heyətləri, hakimlər və komissiyanın üzvləri iştirak ediblər. Qeyd edək ki, yarışda ümumilikdə 15 komanda mübarizə aparır.

Oyunlar Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev və Mərkəzi Ordu İdman Klubunun (MOİK) qurumlar üzrə baş məşqçisi Elnur Əliyev tərəfindən idarə olunur. Qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər. Bu mərhələnin qalibləri birincilik uğrunda final görüşündə mübarizə aparacaqlar”.

Sonda qalib komandalar mükafatlandırılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.