BAYRAQDAR MEDİA – Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.
Xəbərdə qeyd edilir ki, “Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komanda turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Polad Həsənli (-81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (-66 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb”.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.






İlk şərhi yaza bilərsiniz