BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Stolustu Tennis Federasiyasından daxil olub.
Xəbərdə qeyd olunur ki, “Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində bir gümüş, iki bürünc mükafata layiq görülən Azərbaycan komandasının növbəti sınağı Andijan şəhərindədir. Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançı bacarığını göstərəcək. Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaq”.
Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.






İlk şərhi yaza bilərsiniz