Press "Enter" to skip to content

Beynəlxalq əməkdaşlıq genişlənir

İmzalanma zamanı

AQC ilə Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası (LIVA) arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, sənədi AQC İdarə Heyətinin sədri Vüqar Oruc və LIVA İdarə Heyətinin sədri Vilis Juromskis imzalayıblar: “5 il müddətinə imzalanan müqaviləyə əsasən, tərəflər daşınmaz əmlak, maddi aktivlər və biznesin qiymətləndirilməsi sahəsində birgə fəaliyyət göstərəcəklər. Sənəddə Avropa qiymətləndirmə standartlarının Azərbaycanda tanıdılması və tətbiqi, qiymətləndiricilərin peşəkar inkişafı, təlimi və ölkəmizdə ixtisas sertifikatlaşdırılmasının reallaşdırılması əsas hədəflər kimi götürülüb. Eyni zamanda qurumlar qiymətləndirmə sahəsində metodoloji rəhbərliklərin hazırlanması və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirəcəklər”.

Məlumatda deyilir ki, imzalanan sənədə görə hər iki təşkilat qiymətləndirmə fəaliyyətində rast gəlinən qeyri-peşəkar hesabatlara və neqativ hallara qarşı tərəflərin birgə tədbirlər görəcək: “Bir-birlərinin peşəkarlıq və səriştə səviyyəsini qarşılıqlı olaraq tanıyan qurumlar arasında yaranacaq hər hansı mübahisə tənzimlənmədikdə isə məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.