Press "Enter" to skip to content

“Qlobal ingiliscə” mövzusu müzakirə olunub

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti

Son yeniləmə: 25 May 2026

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin təşkil etdiyi “Bilim Kafe” tədbirində dosent Elif Kemaloğlu Er lisey şagirdləri ilə görüşüb. Tədbirdə ingilis dilinin qlobal ünsiyyət vasitəsi kimi dəyişən rolu barədə məlumat verilib.

Bu barədə universietin məlumatında qeyd edilib.

Məlumata görə, Kemaloğlu Er bildirib ki, ingilis dili artıq yalnız müəyyən ölkələrin deyil, bu dildə danışan hər kəsin ortaq ünsiyyət vasitəsinə çevrilib. O, müxtəlif ingilis dili modelləri və mədəniyyətlərarası ünsiyyət mövzularına da toxunub.

Tədbirdə xarici dil öyrənməyə fərqli yanaşmalar təqdim olunub. Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Sonda təşkilatçılara və iştirakçılara təşəkkür edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.