BAYRAQDAR MEDİA – Güləş üzrə milli komandalar bölgələrdə təlim-məşq toplanışı keçir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan U17 sərbəst və yunan-Roma güləşi üzrə millilər fərqli məkanlarda hazırlaşır. Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa daxil olan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaq. Yunan-Roma güləşçilərinin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanışı isə 1-11 iyun tarixlərini əhatə edir. U20 yaş qrupu üzrə yığmalar iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır. Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq”.
Böyüklərdən ibarət sərbəst güləş üzrə milli isə iyunun 6-dan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi iyunun 20-dək davam edəcək.






İlk şərhi yaza bilərsiniz