BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) İsrailin Soroka Universiteti Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin direktoru Dr. Mikki Gideon “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “həmçinin “Azərbaycanda İsrail pediatriya həftəsi” layihəsinin təsisçisi Elana Cantor layihənin Azərbaycanda uğurla həyata keçirilməsi, çoxillik səmərəli fəaliyyəti və Azərbaycan-İsrail tibbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə SN-in Fəxri Fərmanına layiq görülüb. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın son illərdə uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkənin tibb müəssisələri və mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, elmi-praktik əməkdaşlıq və kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr səhiyyə sisteminin inkişafına mühüm töhfə verir. T.Musayev mükafatları təqdim edərək təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib”.
Öz növbəsində M.Gideon və E.Cantor göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək Azərbaycan ilə İsrail arasında səhiyyə əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində səylərini davam etdirəcəklərini vurğulayıblar.






İlk şərhi yaza bilərsiniz