Press "Enter" to skip to content

Ahıllar evinin sakinlərinin beynəlxalq festivalda uğurları

Ahıllar evinin sakinlərinin beynəlxalq festivalda uğurları

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Gimnastika hamı üçün” 4-cü Bakı beynəlxalq festivalında iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Fəvvarələr meydanında təşkil olunan turnirdə 7 ölkədən 60 komanda yer alıb. İştirakçılar iki yaş kateqoriyası – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin komandası turnirdə “70-ci illərin gəncləri” komandası ilə təmsil olunub və uğur əldə edib. Ümumilikdə 900 nəfərin iştirak etdiyi turnirdə ahıllar rəngarəng çıxışları ilə ikinci yerə layiq görülüblər”.

Qeyd edək ki, müəssisənin yarışda iştirak edən sakinləri üçün mütəxəssislər tərəfindən intensiv məşqlər təşkil edilib. Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.