Press "Enter" to skip to content

Özbəkistandan “Ağ Qurdlar” sürprizi

Xatirə sikkəsi

BAYRAQDAR MEDİA – Özbəkistan Mərkəzi Bankı milli futbol komandasının 2026-cı il FIFA Dünya Kubokuna tarixdə ilk dəfə vəsiqə qazanması münasibətilə xüsusi xatirə sikkələri dövriyyəyə buraxıb. “Ağ Qurdlar” mövzusunda hazırlanan sikkələrdən 100 ədəd qızıl və 1000 ədəd gümüş olmaqla ümumilikdə 1100 ədəd istehsal edilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, sikkələrin ön hissəsində Özbəkistan Futbol Federasiyasının loqosu və futbol topu, arxa hissəsində isə milli komandanın simvoluna çevrilmiş qurd silueti əks olunub: “Dizaynda komandanın birlik, qətiyyət və mübarizə ruhunu ifadə edən elementlərdən istifadə olunub. Xatirə sikkələri iyunun 18-dən etibarən ölkə üzrə bank filiallarında satışa çıxarılacaq. Mərkəzi Bank onların qiymətləri və mövcud ehtiyatları barədə gündəlik məlumat paylaşacağını bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.