Press "Enter" to skip to content

Bakıda cüdo üzrə dünya çempionatı olacaq

Bakıda cüdo üzrə dünya çempionatı olacaq

BAYRAQDAR MEDİA – 4–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı ilə bağlı rəsmi kommunikasiya kampaniyasına başlanılır. Kampaniyanın başlanması ilə yanaşı, çempionatın biletləri artıq satışa çıxarılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab olunan çempionat Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir. Çempionatla bağlı rəsmi kommunikasiya kampaniyası çərçivəsində yarışın əsas vizual xətti də ictimaiyyətə təqdim olunur. Yeni vizual yanaşma Bakı 2026 cüdo üzrə dünya çempionatının ruhunu, idman enerjisini və Azərbaycanın ev sahibliyini əks etdirir. Yarış günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər. Azərbaycan azarkeşləri dünya cüdosunun ən güclü idmançılarını canlı izləmək və milli komandamıza doğma arenada dəstək olmaq imkanı qazanacaqlar”.

Daha sonra xəbərdə, “son illərdə Azərbaycan cüdosu beynəlxalq arenada qazandığı nəticələrlə diqqət mərkəzindədir. Dünya çempionatının Bakıda keçirilməsi ölkəmizin cüdo ailəsindəki nüfuzunu və bu idman növünə verilən önəmi bir daha göstərir. Növbəti aylarda çempionatla bağlı yarış proqramı, iştirakçılar, azarkeş zonaları, xüsusi layihələr və digər yeniliklər barədə məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.