BAYRAQDAR MEDİA – “Bəzi ssenarilərdə irəli sürülən NATO qarantorluğu və ya oxşar beynəlxalq təhlükəsizlik mexanizmləri Kıbrıs türkləri tərəfindən qəbul edilməyəcək”.
Bunu siyasi kommunikasiya üzrə mütəxəssis Özdemir Tokel KIBRIS TV-də yayımlanan “Kıbrıs’ta Gündem” proqramında Kipr danışıqları ilə bağlı fikirlərini bölüşərkən deyib.
Bu barədə kibrisgazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Özdemir Tokel bildirib ki, türk əsgərinin yerini NATO və ya başqa beynəlxalq qüvvənin tutması qəbuledilməzdir: “Kıbrıs türkləri təhlükəsizliklərini nəzəri vədlərə deyil, Türkiyənin effektiv və faktiki qarantorluğuna etibar edirlər”.
O qeyd edib ki, son illərdə dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr beynəlxalq təşkilatların təhlükəsizlik sahəsində hər zaman gözlənilən nəticəni verə bilmədiyini göstərir.
Ekspert hesab edir ki, bu səbəbdən mövcud qarantorluq modeli türk tərəfi üçün əsas prinsip olaraq qalır.






İlk şərhi yaza bilərsiniz