BAYRAQDAR MEDİA – “Beynəlxalq münasibətlər tarixində özünəməxsus və nümunəvi model olan Türkiyə-Azərbaycan münasibətlərini pozmaq məqsədilə uzun müddətdir ki, məkrli kampaniyanın israrla davam etdirildiyi diqqət çəkir. Belə ki, iştirak etdiyimiz müxtəlif toplantılarda bu məkrli siyasətin mahiyyətinə diqqət çəkməyə, paylaşımlarımızda bununla bağlı fikirlərimizi ifadə etməyə, Azərbaycana qarşı haqsızlıq edilməməsinin vacibliyini anlatmağa, reallığın təbliğ olunduğu kimi olmadığını izah etməyə çalışırıq”.
Bunu TRT Azərbaycanın keçmiş rəhbərlərindən olan Abdulhamit Avşar öz sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
A.Avşar qeyd edib ki, bu baxımdan, son günlər məsələnin yenidən gündəmə gətirildiyinin şahidi oluruq: “Bu dəfə bəzi azərbaycanlıların da eyni tələyə düşərək birbaşa Türkiyəni hədəf alan paylaşımlar etməyə başladıqları diqqət çəkir. Lakin istər Türkiyədə hər bəhanə ilə Azərbaycanı hədəfə almağı vərdişə çevirənlər, istərsə də Azərbaycanda Türkiyəni tənqid etmək üçün bəhanə tapdıqlarını düşünənlər konjonktural vəziyyətə aldanmasınlar. Bu günlər də tarixdə yaşanan digər oxşar proseslər kimi gəlib keçəcək, sonda yenə qardaşlıq qalib gələcək”.
“Çünki Türkiyə-Azərbaycan qardaşlığı dəfələrlə tarixin sınağından uğurla çıxmış, sarsılmaz və dağıdılmaz bir qardaşlıqdır. Bu qardaşlıq çoxsaylı təxribatların öhdəsindən gəlib və iki ölkə arasındakı münasibətlər dövlətlərarası qardaşlığın seçkin nümunəsi olaraq qalmaqda davam edir. Boşuna ümidlənməyə dəyməz…
Türkiye-Azerbaycan kardeşliği ebedidir…” deyə, sonda vurğulanıb.






İlk şərhi yaza bilərsiniz