Press "Enter" to skip to content

Güclü qardaşlıqdan narahat olanlar var

Serdar Ünsal

BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları ətrafında aparılan müzakirələrə sərt reaksiya verib.

S.Ünsal bildirib ki, İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışında heç bir ölkəni və ya şəxsi hədəf almayıb. Onun sözlərinə görə, məsələ məqsədli şəkildə başqa istiqamətə yönəldilir.

Azərbaycanın müstəqil dövlət olduğunu vurğulayan S.Ünsal ölkənin daxili məsələləri və ictimai nizamının tamamilə Azərbaycanın öz hüquqi və siyasi mexanizmlərinin səlahiyyətində olduğunu qeyd edib.

O deyib: “Qardaşlıq bir-birinin iradəsinə müdaxilə etmək deyil, bir-birinin suverenliyinə hörmət etməkdir. Heç kimin Azərbaycana kənardan yön verməyə haqqı yoxdur”.

S.Ünsal güclənən Azərbaycandan və Türkiyə ilə qurulan strateji münasibətlərdən narahat olan çevrələrin olduğunu da deyib. O, tənqidlə müstəqil iradəyə hörmətsizlik arasında fərq olduğunu bildirib.

Açıqlamasının sonunda isə “Can Azərbaycan, Can Türkiyə. İki dövlət, bir millət” mesajını verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.