BAYRAQDAR MEDİA – İyulun 12-də Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron formada aparılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 13 – 15 iyul tarixlərində saat 14:00-dan 17:00-dək
Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.





İlk şərhi yaza bilərsiniz