Press "Enter" to skip to content

Baş Qərargah rəisinin Belarusa səfəri davam edir

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Belarusda rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Silahlı Qüvvələrinin aviabazasını və əlahiddə desant-hücum briqadasını ziyarət edib. Burada Xüsusi Əməliyyat Qüvvələrinin və radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.

Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib. Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Minsk şəhərində yerləşən Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.