Press "Enter" to skip to content

Baş katibdən daha bir açıqlama

Kənan Qurbanov

Kənan Qurbanov: Gəmi və dəmir yolu daşımalarını nəzərə almasaq, avtomobil nəqliyyatı sahəsində mühüm problem yaşanmayıb

BAYRAQDAR MEDİA – “Azərbaycan daşıyıcılarının fəaliyyəti əsasən İranın sərhəd bölgələri ilə məhdudlaşır”.

Bunu 2026-cı ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov dedi.

Jurnalistlərin mövzuya dair sualını cavablandıran K.Qurbanov bildirdi ki, Azərbaycan daşıyıcıları əsasən Biləsuvar və Astara sərhəd-keçid məntəqələrindən yükləri qəbul edərək tranzit qaydada Rusiyaya daşıyırlar: “İran istiqamətində fəaliyyət göstərən daşıyıcılarımızın təxminən 80 faizi məhz bu marşrut üzrə işləyir”.

Baş katibin sözlərinə görə, Azərbaycan daşıyıcıları İranın daxili bölgələrinə və Fars körfəzi istiqamətinə geniş şəkildə fəaliyyət göstərmirlər: “Bunun əsas səbəbi İranda tətbiq olunan yüksək vergi və rüsumlardır. Daşıma iqtisadi baxımdan səmərəli olmadığından, bu fəaliyyət əsasən İran daşıyıcıları tərəfindən həyata keçirilir”.

O da qeyd edildi ki, hazırda avtomobil daşımalarının coğrafiyasında hazırda ciddi dəyişiklik və ya problem yoxdur: “Gəmi və dəmir yolu daşımalarını nəzərə almasaq, avtomobil nəqliyyatı sahəsində mühüm problem yaşanmayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.