Press "Enter" to skip to content

“Yalla” Qırğızıstanda konsert proqramı ilə çıxış edəcək

BAYRAQDAR MEDİA – İyulun 27-28-də Qırğızıstanın Çolpon-Ata şəhərində Özbəkistan Respublikasının Mədəniyyət Günləri keçiriləcək. Tədbirlərdə Özbəkistandan 200-ə yaxın incəsənət və mədəniyyət nümayəndəsinin iştirakı nəzərdə tutulur.

Bu barədə Veçernıy Bişkek məlumat yayıb.

Bildirilib ki, konsert proqramında əfsanəvi “Yalla” qrupunun bədii rəhbəri Fərrux Zakirov, Ozodbek Nazarbekov və digər tanınmış sənətçilər çıxış edəcəklər. Həmçinin “Navbahor” və “Tumor” rəqs ansamblları, Özbəkistan Dövlət Simfonik Orkestri də proqramda yer alacaq.

Mədəniyyət Günlərinin açılışı iyulun 27-də “Ruh Ordo” Mədəniyyət Mərkəzində, bağlanış mərasimi və qala-konsert isə iyulun 28-də Bosteri kəndindəki “Dordoy Nomad” arenasında keçiriləcək.

Tədbirin Qırğızıstan və Özbəkistan arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyi bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.