BAYRAQDAR MEDİA – Şair Lalə İsmayılın “Bəyaz Durnalar” adlı ilk kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. Kitab Birinci Qarabağ müharibəsində itkin düşmüş, məzarları olmayan yeddi qəhrəman polis şəhidimizin əziz xatirəsinə ithaf olunub və onların qəhrəmanlığının, Vətənə sədaqətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.
Bu barədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Lalə İsmayılın bu kitabı onun üçün təkcə ədəbi yaradıcılıq nümunəsi deyil, həm də şəxsi ağrısının və müqəddəs xatirənin ifadəsidir. Çünki müəllif “Məzarsız yeddi polis şəhidi”ndən biri olan İsmayıl Barat oğlu İsmayılovun doğma bacısıdır. Bu səbəbdən “Bəyaz Durnalar” kitabı bir bacının qardaşına, həmçinin onunla birlikdə şəhidlik zirvəsinə ucalmış qəhrəman polis əməkdaşlarına ucaldılmış mənəvi abidə kimi böyük dəyər daşıyır.
Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası ilə nəşr olunub və məzarsız qəhrəman yeddi polis şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq işıq üzü görüb.
Nəşrin redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Tərlan Musayeva, ön sözün müəllifi Türkiyəli yazar Necdet Ekici, üz qabığının müəllifi isə rəssam, professor, dosent M. E. Kayserilidir.
“Bəyaz Durnalar” kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunub. Bu nəşr təkcə bir şeir kitabı deyil, həm də Vətən uğrunda canından keçən qəhrəman polis şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi abidədir.






İlk şərhi yaza bilərsiniz