BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səfiri səmimi salamlayan nazir Azərbaycan ilə Pakistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, münasibətlərin təməlində iki ölkə liderlərinin möhkəm dostluğu və qarşılıqlı etimadının dayandığını deyib. Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Səmimi qəbula görə təşəkkürünü bildirən Q.Mohiuddin Azərbaycan ilə mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb”.
Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.






İlk şərhi yaza bilərsiniz