BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində hakim Ulusal Birlik Partiyası (UBP) iyulun 29-31-də “KKTC-nin Güclü və Suveren Gələcəyi üçün Vizyon və Layihə Çalıştayı” təşkil edəcək. Tədbirdə dövlət qurumları, akademik dairələr, vətəndaş cəmiyyəti təşkilatları, peşə birlikləri, sabiq və hazırkı nazirlər, deputatlar, bələdiyyə sədrləri və müxtəlif sahələr üzrə ekspertlər iştirak edəcəklər.
Çalıştayın məqsədi ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirmək, yeni layihələr hazırlamaq və ortaq yanaşma formalaşdırmaqdır. Müzakirələr nəticəsində hazırlanacaq hesabatlar UBP-nin gələcək fəaliyyət proqramının əsas istiqamətlərindən birini təşkil edəcək. Baş nazir və UBP sədri Ünal Üstel bildirib ki, çalıştay ölkənin inkişafı, əhalinin rifahının yüksəldilməsi və Türkiyə ilə əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





İlk şərhi yaza bilərsiniz