Press "Enter" to skip to content

Qırğızıstanla bağlı maraqlı araşdırma

Bişkek şəhərinin mərkəzi

Bu ölkənin gəncləri İslam haqqında məlumatları getdikcə daha çox sosial şəbəkələrdən əldə edir

BAYRAQDAR MEDİA – Qırğızıstanlı gənclər İslam dini haqqında məlumatları getdikcə daha çox sosial şəbəkələr vasitəsilə öyrənirlər. Bu nəticə Frankfurt şəhərindəki Höte Universitetinin tədqiqatçısı Baqtıgül Şabdanın araşdırmasında öz əksini tapıb.

Bu barədə Veçernıy Bişkek saytında məlumat verilib.

Məlumata görə, tədqiqat müəllifi bildirib ki, SSRİ dağıldıqdan sonra Orta Asiyada İslama maraq artsa da, dini bilik çatışmazlığı qalmaqdadır və bu boşluğu əsasən Instagram kimi sosial platformalar doldurur.

Araşdırmaya görə, sosial şəbəkələrdə fəaliyyət göstərən müsəlman bloqerlər gənclərin dini dünyagörüşünün, həyat tərzinin və dini dəyərlərə münasibətinin formalaşmasına əhəmiyyətli təsir göstərirlər.

Sorğuda iştirak edən gənclərin əksəriyyəti özünü müsəlman hesab etsə də, onların böyük hissəsi gündəlik namaz qılmadığını və məscidə müntəzəm getmədiyini bildirib. Tədqiqat göstərib ki, sosial media dini məzmunun yayılmasına, dini tədbirlərə marağın artmasına, hicabdan istifadəyə, halal məhsullara üstünlük verilməsinə və dini fəaliyyətlərdə iştirakın genişlənməsinə real təsir göstərir.

Müəllif hesab edir ki, rəqəmsal platformalar bu gün Qırğızıstanda gənclərin dini bilik əldə etdiyi əsas mənbələrdən birinə çevrilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.