Press "Enter" to skip to content

Yay Məktəbi fəaliyyətə başlayıb

Tədbir zamanı

BAYRAQDAR MEDİA – TÜBİTAK tərəfindən təşkil olunan “Milli Texnologiya Emalatxanaları Lisey Yay Məktəbi” proqramı Aydın Adnan Menderes Universitetində başlayıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, bir ay davam edəcək proqram çərçivəsində lisey şagirdlərinə 3D modelləşdirmə, sürətli prototipləşdirmə, Arduino ilə robototexnika və proqramlaşdırma, etik süni intellekt, layihələrin hazırlanması, komanda işi və təqdimat bacarıqları üzrə praktiki təlimlər keçiriləcək.

Layihənin əsas məqsədi gənclərin texnologiya sahəsində bilik və bacarıqlarını artırmaq, innovativ düşüncə və istehsal qabiliyyətlərini inkişaf etdirməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.