Press "Enter" to skip to content

Nazir Xalq artistini ziyarət edib

Nazir Xalq artistini ziyarət edib

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Azərbaycanda mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur”.

T.Bakıxanovun bənzərsiz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətini zənginləşdirdiyini deyən A.Kərimli onun bu sahədə xidmətlərinin dövlət tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

Xalq artisti yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.