Press "Enter" to skip to content

Şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

İnfoturdan xatirə fotosu

BAYRAQDAR MEDİA – 29-30 iyul tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna infotur təşkil olunub.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Şəki, Zaqatala və Qax rayonlarını əhatə edən infoturun əsas məqsədi regionun turizm imkanları, mədəni-tarixi irsi, təbii turizm potensialı, yerli turizm obyektləri və müxtəlif turizm məhsulları barədə yerli turizm sənayesi nümayəndələrini məlumatlandırmaq olub. 50-yə yaxın sənaye nümayəndəsinin iştirakı ilə baş tutan infoturda regionun turizm imkanlarının daxili və beynəlxalq təbliğatını aparmaq, turistik səfərlərin təşkil edilməsi və bu sahədə əməkdaşlıqların genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.