BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün Azərbaycan Milli İncəsənət Muzeyinə (AMİM) ekskursiya təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqlar “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində həyata keçirilən proqramda iştirak ediblər. Ekskursiya iştirakçıları Azərbaycan incəsənətinin keçdiyi inkişaf yolu ilə tanış olub, Qobustan qayaüstü təsvirlərindən başlayaraq dekorativ-tətbiqi sənət, memarlıq, rəngkarlıq, qrafika, heykəltəraşlıq, musiqi və ədəbiyyatı əhatə edən zəngin milli irs haqqında ətraflı məlumat əldə ediblər”.
Milli mədəniyyətin formalaşmasında mühüm rol oynayan sənət sahələri interaktiv təqdimat vasitəsilə uşaqlara izah edilib.
Sonra iştirakçılar üçün yaradıcılıq işləri üzrə master-klas təşkil edilib.










İlk şərhi yaza bilərsiniz