Press "Enter" to skip to content

SXA sədrinin vətəndaş qəbulu

SXA sədrinin vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə növbəti vətəndaş qəbulu keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qəbul zamanı vətəndaşların müvafiq sosial xidmətlərə dair müraciətlərinə baxılıb. İştirakçılar mənzil (fərdi ev) və avtomobil təminatı, reabilitasiya xidmətləri və vasitələri ilə təminat və s. mövzularla bağlı müraciət ediblər. Əlavə öyrənilmə və yoxlanılma tələb edən məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib”.

Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5614, 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.