Press "Enter" to skip to content

Yeni tədris ili öncəsi məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir

Yeni tədris ili öncəsi məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir

BAYRAQDAR MEDİA – Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə deyilir ki, “tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq DYP və AYNA əməkdaşları tərəfindən təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarət gücləndirilir. Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır. Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.