Press "Enter" to skip to content

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faizədək artıb

NKA aparatı

Son yeniləmə: 7 Sentyabr 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu barədə DVX-dən məlumat verilib.

Bildirilib ki, indiyədək ölkə ərazisində 116.055 ədəd belə NKA quraşdırılıb: “Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,9 milyon manat, yaxud 14,8 faiz çoxdur”.

Mission News Theme by Compete Themes.