Press "Enter" to skip to content

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

BAYRAQDAR MEDİA – Azərbaycan Hava Yolları (AZAL) 2026-cı il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə – çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri yerinə yetiriləcək. Yeni uçuş cədvəli sərnişinlərə turizm, işgüzar səfərlər və digər məqsədlərlə səyahətlərini münasib qaydada planlaşdırmaq üçün əlavə imkanlar yaradacaq. Səudiyyə Ərəbistanının əsas iqtisadi, turizm və nəqliyyat mərkəzlərindən biri olan Ciddə Qırmızı dəniz sahilində yerləşir. Şəhər ölkənin mühüm biznes və turizm mərkəzlərindən olmaqla yanaşı, Məkkə və Mədinəyə səfər edən sərnişinlər üçün də əsas hava nəqliyyatı qovşaqlarından biridir”.

Qeyd edək ki, Ciddəyə birbaşa uçuşların bərpası Azərbaycan və Səudiyyə Ərəbistanı arasında səyahət imkanlarını genişləndirməklə yanaşı, sərnişinlərə iki ölkə arasında daha rahat hava əlaqəsindən yararlanmağa imkan verəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.