Press "Enter" to skip to content

Yayda Azərbaycanın hava məkanında uçuşlar artıb

Yayda Azərbaycanın hava məkanında uçuşlar artıb

BAYRAQDAR MEDİA – 2026-cı ilin yay mövsümündə Azərbaycanın hava məkanında hava hərəkətinin həcmi artıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iyun–avqust aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102 min 130 uçuşa aeronaviqasiya xidməti göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb. Hava hərəkətinin həcmi yay ayları ərzində ardıcıl şəkildə yüksəlib. AZANS tərəfindən iyun ayında 32 min 430, iyulda 34 min 322, avqustda isə 35 min 378 uçuşa aeronaviqasiya xidməti göstərilib. Beləliklə, avqust hava hərəkəti baxımından yay mövsümünün ən intensiv ayı olub. Tranzit uçuşların sayında daha yüksək artım qeydə alınıb. İyun–avqust aylarında Azərbaycanın hava məkanından 78 min 749 tranzit uçuş həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb”.

Daha sonra xəbərdə, “yay mövsümünün ən yüksək sutkalıq hava hərəkəti 23 avqustda qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1 min 210 uçuşa aeronaviqasiya xidməti göstərilib. Tranzit uçuşlar üzrə mövsümün pik göstəricisi isə 22 avqustda qeydə alınıb. Bir gün ərzində Azərbaycanın hava məkanından 920 tranzit uçuş həyata keçirilib. Bu göstərici 2025-ci ilin yay mövsümündə qeydə alınmış maksimum səviyyədən 13,4 faiz yüksəkdir. Qeyd edək ki, tranzit uçuşlarda qeydə alınan ikirəqəmli artım Azərbaycanın hava məkanının beynəlxalq hava hərəkətindəki əhəmiyyətini və artan trafik şəraitində aeronaviqasiya xidmətlərinin rolunu ön plana çıxarır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.