BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Real Betis” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq. Oyun sentyabrın 8-i Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq”.






İlk şərhi yaza bilərsiniz