BAYRAQDAR MEDİA – Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb. 2026-cı il mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatında ədaləti qoruyan Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Xəbərdə bildirilir ki, “buna qədər milli kateqoriyada daxili yarışlarda görüşləri idarə edən N.Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. S.Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb. Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 24-ə çatıb”.






İlk şərhi yaza bilərsiniz