Press "Enter" to skip to content

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı olacaq

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı olacaq

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığıyla 12–14 sentyabr tarixlərində Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycanla yanaşı Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, “Ramada Hotel”in qarşısında, Şıxov çimərliyi ərazisində baş tutacaq. Mübarizəyə hər gün saat 11:00-da başlanılacaq. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da olacaq. Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara ASİNF tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.