Press "Enter" to skip to content

Tədbir: “Məişət zorakılığına qarşı mübarizə”

Tədbir: “Məişət zorakılığına qarşı mübarizə”

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Azərbaycan Universitetində “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Agentliyin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də universitetin müəllimləri və tələbələr iştirak ediblər. Çıxışlar zamanı iştirakçılara məişət zorakılığının yaranma səbəbləri, onun fiziki, psixoloji, iqtisadi və digər formaları, zorakılığın qarşısının alınması üçün diqqət edilməli məqamlar, həmçinin mövcud hüquqi müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib. Mövzuya dair təqdimatlar nümayiş etdirilib”.

Sonda tələbələrin sualları cavablandırılıb və məişət zorakılığı ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.