Press "Enter" to skip to content

Xocavənd və Ağdərə sakinlərinin doğma yurda qayıdışı

Xocavənd və Ağdərə sakinlərinin doğma yurda qayıdışı

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Xocavənd şəhərinə, rayonun Quzeyxırman və Xocavənd kəndlərinə, Hadrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 24 ailə – 86 nəfər, Quzeyxırman kəndinə 11 ailə – 53 nəfər, Xocavənd kəndinə 3 ailə – 11 nəfər, Hadrut qəsəbəsinə 2 ailə – 6 nəfər, Ağdərə rayonunun Heyvalı kəndinə 2 ailə – 7 nəfər köçürülüb”.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.