Press "Enter" to skip to content

“Çevik əllər – erqonomik bacarıqlar” adlı çempionat olub

“Çevik əllər - erqonomik bacarıqlar” adlı çempionat olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Mərdəkan Reabilitasiya Mərkəzində Dünya Erqoterapiya Günü münasibətilə əlilliyi olan şəxslər arasında “Çevik əllər – erqonomik bacarıqlar” adlı çempionat təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “çempionat iştirakçıların gündəlik həyat bacarıqlarını, diqqətini, əl-göz koordinasiyasını və çevikliyini inkişaf etdirmək, onların müstəqilliyini və reabilitasiya prosesində fəal iştirakını dəstəkləmək məqsədi daşıyıb. Üç nominasiya üzrə keçirilən yarışda iştirakçılar müxtəlif praktiki tapşırıqları yerinə yetirib, xüsusi oyun və tapşırıq lövhələri vasitəsilə vizual qavrama, kiçik motorika və əşyaları tanıma bacarıqlarını sınayıblar”.

Qeyd edək ki, erqoterapiya insanların gündəlik həyat fəaliyyətlərini mümkün qədər müstəqil şəkildə yerinə yetirməsinə, funksional bacarıqlarının inkişafına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm reabilitasiya istiqamətidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.