Press "Enter" to skip to content

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi

BAYRAQDAR MEDİA – Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib və konsert proqramı təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos, tədbirdə təmsil olunan ölkə və təşkilatların rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bağlanış mərasimində “Newman Partnership” təşkilatının təsisçisi Martin Nyuman, UNAOC-un direktoru Nihal Saad, təşkilatın ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb, yüksək səviyyədə təşkilatçılığa görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər”.

Daha sonra xəbərdə, “sonra mərasim “Gələcəyin səsləri” (One Humanity) adlı bədii proqramla davam edib. Proqram dünyaşöhrətli violençel ifaçısı və dirijor, bakılı Mstislav Rostropoviçlə (1927-2007) məşhur ispan çello ifaçısı, bəstəkar və dirijor Pablo Kazalsın (1876-1973) süni intellekt əsaslı dialoqu üzərində qurulub. Bu “görüşdə” musiqi vasitəsilə azadlıq və sülh ideyaları diqqət mərkəzinə çəkilir. Simfonik orkestrin ifasında İ.S.Bax, A.Vivaldi, Q.Qarayev, F.Əmirov, D.Şostakoviç, F.Mendelson, F.Əlizadə və P.Kazalsın əsərləri səsləndirilib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.