Press "Enter" to skip to content

Ağdam və Xocavənd sakinləri doğma yurdlarına qayıdıb

Ağdam və Xocavənd sakinləri doğma yurdlarına qayıdıb

BAYRAQDAR MEDİA – Oktyabrın 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam şəhəri və Xocavənd rayonunun Quzeyxırman kəndinə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu mərhələdə Ağdam şəhərinə köçən 238 nəfərdən ibarət 70 ailəyə, Xocavəndin Quzeyxırman kəndinə köçən 34 nəfərdən ibarət 8 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, QMKİDK-nın nümayəndələri iştirak ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.