BAYRAQDAR MEDİA – 2026-ci ilin doqquz ayı ərzində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) imtahanda 7 və daha artıq bal toplamış 112 nəfər müəllim və tələbəsinin xərcləri Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən qarşılanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “onlardan 58-i imtahanda 7.0, 36-sı 7.5, 15-i 8.0, 3 nəfəri isə 8.5 nəticə əldə edib. Qeyd edək ki, layihə 2022-ci ildən etibarənN TİF və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir”.






İlk şərhi yaza bilərsiniz