Press "Enter" to skip to content

Əlilliyi olanlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri

Əlilliyi olanlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub. Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbinin əməkdaşları iştirak ediblər”.

Sonra xəbərdə, “tədbirdə fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.