BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Mingəçevirdə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusuna həsr olunan tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə təhsil işçiləri, müəllimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. Ümumilikdə 40-a yaxın şəxsin iştirak etdiyi tədbir zamanı Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib”.
Daha sonra xəbərdə, “Agentliyin nümayəndələri insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar haqqında təqdimatlar ediblər. Sonda iştirakçıların suallar cavablandırılıb. Müvafiq sahədə məlumatlılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz