BAYRAQDAR MEDİA – Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.
Xəbərdə bildirilir ki, “noyabrın 12-dək davam edəcək toplanışda Azərbaycan komandası ilə yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək. Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır”.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.






İlk şərhi yaza bilərsiniz