Press "Enter" to skip to content

Yeniyetmə şahmatçılar arasında Avropa çempionatı

Yeniyetmə şahmatçılar arasında Avropa çempionatı

BAYRAQDAR MEDİA – Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Şahmat Federasiyasından (AŞF) daxil olub.

Xəbərdə bildirilir ki, “qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və son qitə çempionatının bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıb. Ümumilikdə 49 ölkədən 1 min 250 şahmatçı altı yaş kateqoriyasında medallar uğrunda yarışacaq”.

Qeyd edək ki, şahmatçılarla yanaşı, səfərə yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da səfərə yollanıb. Nümayəndə heyətinin rəhbəri Raul Quliyevdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.