BAYRAQDAR MEDİA – Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “konfrans iştirakçıları əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ümummilli Lideri Heydər Əliyevin abidəsini və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirə kompleksini ziyarət edib, gül dəstələri qoyaraq öz ehtiramlarını nümayiş etdiriblər. Açılış mərasimində çıxış edən MMU-unrektoru general-mayor Gündüz Əbdülov müdafiə və milli təhlükəsizliyin təmin olunmasında qurumlararası əməkdaşlığın, əlaqələndirilmiş fəaliyyətin və elmi-praktiki təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, müasir təhlükəsizlik çağırışları, kibertəhlükəsizlik, informasiya mühitinin qorunması, hibrid təhdidlərə qarşı hazırlıq, eləcə də müasir texnologiyaların hərbi idarəetmədə tətbiqi və peşəkar hərbi kadr hazırlığı məsələlərinə toxunub”.
Daha sonra xəbərdə, “konfrans çərçivəsində “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə əməliyyat mühitinin transformasiyası və gələcəyin döyüş məkanı, peşəkar hərbi təhsil sistemi, səriştəyönümlü kadr hazırlığı, rəqəmsal ordu və müasir müdafiə texnologiyaları, süni intellekt həlləri, kibertəhlükəsizlik və hərb elminin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Konfransın işi noyabrın 5-dək seksiyalar üzrə davam etdiriləcək. Konfrans müddətində müdafiə və milli təhlükəsizlik sahəsində aktual elmi məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və qurumlararası əməkdaşlığın inkişafı nəzərdə tutulur” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz