Press "Enter" to skip to content

500-dən çox şəxs yüksək texnologiyalı protezlə təmin edilib

500-dən çox şəxs yüksək texnologiyalı protezlə təmin edilib

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı aparılan sosial dəstək işlərinin bir istiqaməti də onların yüksək texnologiyalı, son nəsil protezlərlə təmin olunmasıdır. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Sosial Xidmətlər Agentliyinin (SXA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “eyni zamanda, onların müasir idman protezləri ilə təminatı da həyata keçirilir. Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Bu reabilitasiya vasitələri istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilmək imkanı yaradır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.