BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultanov ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “görüşdə rəqəmsal hökumət sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “myGov” platforması üzrə təcrübə mübadiləsi və birgə əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, süni intellekt agentləri əsasında rəqəmsal xidmətlərin inkişafı, eləcə də bu xidmətlər üçün nitqdən mətnə çevirmə modellərinin hazırlanması və tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib”.
Sonra xəbərdə, “müzakirələr zamanı startap ekosisteminin inkişafı məsələlərinə də xüsusi diqqət yetirilib. Hər iki ölkənin İT parkları arasında əməkdaşlığın gücləndirilməsi, startapların qarşılıqlı bazarlara çıxış imkanlarının genişləndirilməsi və innovasiya ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz